"Qalatasaray"ın futbolçusu Arda Turan karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçi özü məlumat yayıb.
Türkiyə yığmasının sabiq üzvü sosial şəbəkə hesabında"Arda Turanın vidası" adlı video paylaşıb.
Qeyd edək ki, Turan karyerası ərzində "Manisaspor", "Başakşehir", "Atletiko Madrid" və "Barselona" kimi klubların şərəfini qoruyub.