Avropa Açıq turnirində çıxışını başa vuran cüdo üzrə Azərbaycan yığması bu gündən etibarən yarışın keçirildiyi Riççone şəhərində təlim-məşq toplanışına başlayıb.
Fanat.Az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkil etdiyi toplanışda turnirə qatılan bütün komandalar iştirak edəcək.
Təlim-məşq sentyabrın 17-dək davam edəcək.
Toplanış 6-14 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Açıq Avropa turnirini altı medalla başa vurub. Zelim Kotsoyev (100 kq) qızıl, Rövşən Əliyev (60 kq), Orxan Səfərov (66 kq) və Məmmədəli Mehdiyev (100 kq) gümüş, Səid Mollayi (81 kq) və Uşanqi Kokauri (+100) bürünc medal qazanıb.