Türkiyənin "Beşiktaş" klubu iki futbolçusunun xidmətindən məhrum olub.
Fanat.Az xəbər verir ki, İstanbul klubu Tayler Boydla Utku Yuvakurana lisenziya ala bilməyib.
Amerikalı futbolçu "ağ-qaralar"ın artıq 15 əcnəbi futbolçunu sifariş etməsinə görə kənarda qalıb. O, mövsümün ilk yarısına kimi oynaya bilməyəcək.
Bundan başqa, qapıçı Utku Yuvakuranın lisenziyası barədə TFF-yə məlumat verilməyib. Utku da fasiləyə qədər heyətdə olmayacaq.
Mirağa