Almaniyanın "Bohum" klubu baş məşqçisini istefaya göndərib.
Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi mövsümün startındakı ardıcıl 6 məğlubiyyətdən sonra Tomas Reisi postundan qovub.
48 yaşlı mütəxəssis keçən mövsüm "Bohum"un aşağı liqaya düşməməsinə kömək etsə də, bu çempionatda xal üzünə həsrətdir. Bu, sözügedən klubun Bundesliqa tarixində ən pis startıdır.
Komanda müvəqqəti olaraq U-19-un çalışdırıcısı Helko Butşerə tapşırılıb.
Mirağa