21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iki beynəlxalq yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, millimiz sentyabrın 24-də Qırğızıstan, 27-də isə Moldova yığması ilə qarşılaşacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Hər iki qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.