"Bayern Münhen"nin hücumçusu Tomas Müllerin evi qarət olunub.
Fanat.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Hadisə dünən axşam, futbolçunun "Barselona"ya (2:0) qarşı Çempionlar Liqasında matçında iştirakı zamanı yaşanıb.
Soyğunçular evdən pul, zinət əşyaları və digər qiymətli əşyaları götürüblər. Müllerə dəymiş ziyanın 100 min avrodan çox olduğu deyilir.
Qeyd edək ki, sentyabrın 13-ü tarixi həm də Müllerin doğum günü idi. Onun 33 yaşı tamam olub.