Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında 6-cı yeri tutub.
Fanat.Az xəbər verir ki, 21 yaşlı idmançı finalda halqa ilə hərəkətlərdə hakimlərdən 31.150 bal alıb.
O, topla hərəkətlərdə 17-ci, iki hərəkətin cəmində isə 10-cu olub.
Yarışın ilk günündə mübarizəyə qoşulmuş digər bədii gimnastımız Alina Gözləova isə halqa hərəkətlərdə 39-cu, topla hərəkətlərdə 51-ci yeri tutub.
***
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 21 yaşlı idmançı halqa ilə hərəkətlərə görə hakimlərdən 30.850 bal alaraq həlledici mərhələyə vəsiqə qazanıb.
Final çıxışı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.