"Çelsi" Çempionlar Liqasında Qrem Potterin rəhbərliyi altında keçirdiyi ilk matçda qalib gələ bilməyib.
Fanat.Az xəbər verir ki, “zadəganlar” qitənin ən nüfuzlu klub turnirinin II turunda səfərdə “Zalsburq”la heç-heçə oynayıb (1:1).
London komandası hazırda bir xalla qrup cədvəlini qapayır. Qazanılan bir xal "Çelsi"nin iki turda ən pis nəticəsinin təkrarıdır. Belə ki, sözügedən komanda 1999/2000 mövsümünə "Milan"la heç-heçə (0:0) və "Herta" ilə (1:2) məğlubiyyətlə başlayıb. Maraqlıdır ki, londonlular daha sonra 1/4 finala yüksəliblər.