"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının ikinci turunda "Benfika"ya 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis "Sky Sport Italia"ya açıqlamasında böyük hesabla uduza biləcəklərini etiraf edib:
“Futbolu izah etmək çətindir. Sadəcə onu demək olar ki, 1:2-dən sonra üçüncü və dördüncü qolları da buraxa bilərdik. Sonda bir şansımız oldu, amma oyunumuz yaxşı deyildi. İndi izah edib danışmağın mənası yoxdur, biz ancaq çox işləyə bilərik.
Artıq komandaya demişəm ki, futbolda belə məqamlar olur. Biz bu durumdan vahid komanda kimi, məsuliyyət hissi ilə çıxmalıyıq. A Seriyasında "Montsa" ilə vacib oyunumuz var, ondan sonra avrokuboklarla bağlı fikirləşəcəyik. Çətin olacaq, amma heç də hər şey itirilməyib”.
İki turdan sonra "Yuventus"un xalı yoxdur və həm PSJ, həm də "Benfika"dan 6 xal geri qalır.
Mirağa