Turin "Yuventus"unun rəhbərliyi komandasının baş məşqçisi Massimiliano Alleqri ilə bağlı qərar qəbul edib.
Fanat.Az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, klub rəhbərləri mütəxəssisi komandada saxlamaq qərarına gəliblər.
Xatırladaq ki, ötən gün “ağ-qaralar” Lissabon “Benfika”sına 1:2 hesabı ilə məğlub olub.
Turinlilər ilk turda səfərdə PSJ-yə uduzub (1:2). Çempionlar Liqasının növbəti oyununda “Yuventus” “Makkabi” (Hayfa) ilə qarşılaşacaq.
Emin