Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsində "Real Madrid" -"Layptsiq" oyununda fərqlənən kral klubunun futbolçusu Federiko Valverde mətbuata açıqlamasında komandasınını çalışdırıcısı Karlo Ançelotti ilə mərc etdiyini deyib.
Fanat.Az xəbər verir ki, "Marca" nəşri 24 yaşlı yarımmüdafiəçinin dediklərini belə çatdırıb:
“Məşqçi ilə mərc etmişəm. Ümid edirəm ki, söz verdiyim qədər qol vura biləcəm. Ançelottinin məni hansı mövqedə oynatmasına baxmayaraq həmişə əlimdən gələni etməyə çalışıram".
Xatırladaq ki, "Layptsiq"ə qarşı keçirilən oyun Madrid klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Emin