"Bavariya"nın sol cinah müdafiəçisi Alfonso Devis 2018-ci ildə "Barselona"ya keçə bilərdi.
Fanat.Az "El chiringuito"ya istinadən xəbər verir ki, sən demə həmin il Kataloniya klubunun əfsanəsi Xristo Stoiçkov canlı televiziya efirində "Barsa"nın sabiq prezidenti Xosep Bartomeuya 17 yaşlı kanadalı futbolçunu tövsiyyə etmişdi.
Klubun o zamankı prezidenti isə bu təklifə belə cavab vermişdi:
“O, kanadalıdır. Xeyr, lazım deyil təşəkkürlər".
Hazırda Devis beynəlxalq futbol aləmində ən tanınmış cinah müdafiəçilərindən biridir.
Mənbənin məlumatına görə Bartomeu buna görə sonradan peşman olduğunu etiraf etmişdi.
Emin