"Niğde Anadolu" və "Kahramanmaraşspor" komandaları arasında Türkiyə Kubokunun I tur oyununda əllə qol vurulub.
Fanat.Az xəbər verir ki, bu barədə "A Spor" saytı məlumat yayıb.
57-ci dəqiqədə "Niğde Anadolu"nun futbolçusu Murat Kurt topu əli ilə qapıdan keçirib.
20 yaşlı hücumçu məhz belə fərqlənsə də, oyunun baş hakimi qolu qeydə alıb.
GOL | Niğde Anadolu FK 2 🆚 2 YS Kahramanmaraşspor
— A Spor (@aspor) September 15, 2022
⚽️ Murat Şamil 57' pic.twitter.com/WeiJm8RBKt