UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Qazaxıstan Seneqal yığması ilə yoldaşlıq oyunu keçirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport News Africa" yayıb.
Mənbənin məlumatına görə, tərəflər noyabrın 15-də Birləşmiş Ərəb Əmirliklərində üz-üzə gəlməyi planlaşdırırlar. Bu müddətdə Qazaxıstan millisi BƏƏ-də olacaq. Orta asiyalılar yerli komanda ilə noyabrın 19-da Əbu-Dabidə oyun razılaşdırıb.
Xatırladaq ki, bu il Seneqal 2022-ci il dünya çempionatına vəsiqə qazanıb və noyabrın 21-də qrup mərhələsi çərçivəsində Niderland millisi ilə qarşılaşacaq.
Sentyabrın 22-də Millətlər Liqasında Belarusu qəbul edəcək Qazaxıstan yığması bundan 3 gün sonra "Dalğa Arena"da Azərbaycan millisinin qonağı olacaq.
Mirağa