Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 21 yaşlı idmançı lentlə hərəkətlərdə təsnifat mərhələsini 29.950 balla 3-cü pillədə başa vurub.
Qeyd edək ki, Ağamirova ötən gün halqa ilə hərəkətlərdə 6-cı olub.