Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialın üçüncü günündə qrup hərəkətləri üzrə çıxışlar baş tutacaq. Zeynəb Hümmətova, Ləman Əlimuradova, Kamilla Əliyeva, Darya Sorokina, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət Azərbaycan komandası beş halqa, həmçinin üç lent və iki topla kompozisiyalarını təqdim edəcək.
Çoxnövçülüyün nəticələrinə görə ilk üç yeri tutan komandalar Paris-2024 Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Qeyd edək ki, daha əvvəl fərdi çıxışlarda Zöhrə Ağamirova lentlə finalda beşinci, halqa ilə isə altıncı yeri tutub. O, həmçinin çoxnövçülükdə də finala yüksəlib.