Braziliya klubu "Santos"un prezidenti Luis Alvaro Ribieiro "Milan"ın ulduz futbolçusu Robinyo üçün istədiyi 10 milyon avronun çox olduğunu bildirib.
İdman24.az xəbər verir ki, Neymarı "Barsa"ya satan klub onun boşluğunu Robinyo ilə doldurmaq istəyir. Ribieiro "29 yaşına çatmış və milli komanda karyerası iflasa uğramış bir oyunçu üçün 10 milyon çoxdur. Həmçinin cəmi 1 illik müqaviləsi qalıb. Onun üçün 6 milyondan çox pul vermərik", deyib.
İdman24.az