Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında fərdi yarışa yekun vurulub.
Fanat.Az xəbər verir ki, qitə birinciliyinə 13 (9 oğlan, 4 qız) nəfərlik heyətlə yollanan Azərbaycan yığmasınının yarışdan qazancı 5 medal olub.
Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl medallara sahib çıxıblar. Turan Bayramov (60 kq) fəxri kürsünün ikinci, İsmayıl Zamanov (90 kq) üçüncü pilləsinə qalxıb.
3 qızıl, 1 gümüş və 1 bürünc medalla Azərbaycan ümumkomanda hesabında 39 ölkə arasında 2-ci nəticə göstərib. Birinci yeri 3 qızıl, 2 gümüş və 2 bürünc mükafatla Türkiyə tutub.
Yalnız oğlanların sıralamasında isə ölkəmiz qitənin ən yaxşısı olub.
Qeyd edək ki, sabah Avropa birinciliyində qarışıq komanda yarışı baş tutacaq. Azərbaycan millisi mübarizəyə təsnifatdan başlayacaq. Rəqib Avstriya yığması olacaq