Azərbaycanın gənclərdən ibarət cüdo millisi Çexiyanın paytaxtı Praqada təşkil olunan Avropa çempionatında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, qarışıq komanda üçüncü yer uğrunda həlledici görüşdə Almaniya kollektivi ilə üz-üzə gəlib.
Millinin heyətində öncə Elcan Hacıyev (90 kq) tatamiyə çıxıb və görüşünü qələbə ilə başa vurub. Ardınca Nərmin Əmirli (+70 kq) məğlub olsa da, sonrakı duellərdə, müvafiq olaraq, Ruslan Nəsirli (+90 kq), Səbinə Əliyeva (57 kq) və Vüsal Qələndərzadə (73 kq) rəqiblərinə qalib gəliblər. Beləliklə, sonuncu görüşə ehtiyac qalmayıb və Azərbaycan komandası 4:1 hesablı qələbə ilə Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.
*** 15:50
Azərbaycanın gənclərdən ibarət cüdo millisi Çexiyanın paytaxtı Praqada təşkil olunan Avropa çempionatında təsəlliverici görüşə çıxıb.
Fanat.Az xəbər verir ki, təsnifatda Avstriya kollektivini yensə də, 1/4 finalda Gürcüstana uduzan qarışıq komanda Estoniya yığması ilə üz-üzə gəlib.
Millinin heyətində Aytac Qardaşxanlı (70 kq) Valeriya Usanovanı, Elcan Hacıyev (90 kq) Randel Pasteli, Nərmin Əmirli (+70 kq) Melis-Emma Aktaşı, Ruslan Nəsirli (+90 kq) Karl Turk Prilinni yenib. Beləliklə, son iki duelə ehtiyac qalmayıb və millimiz 4:0 hesablı qələbə ilə bürünc medal görüşünə vəsiqə qazanıb.
Üçüncü yer uğrunda qarşılaşmada rəqib Türkiyə və Almaniya cüdoçuları arasındakı yarımfinal görüşünün məğlubu olacaq.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.
*** 14:59
Azərbaycanın gənclərdən ibarət cüdo millisi Çexiyanın paytaxtı Praqada təşkil olunan Avropa çempionatında 1/4 final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, təsnifatda Avstriya kollektivini yenən qarışıq komanda bu mərhələdə Görcüstan yığması ilə qarşılaşıb.
Millinin heyətində Vüqar Talıbov (90 kq) görüşünü qələbə ilə başa vurub. O, Giorgi Cabniaşvilini yenib. Vüsal Qələndərzadə (73 kq) Kote Kapanadzeyə, Aytac Qardaşxanlı (70 kq) Eter Askilaşviliyə, Nərmin Əmirli (+70 kq) Nino Qulbaniyə, Kənan Nəsibov (+90 kq) isə İrakli Demetraşviliyə uduzub. Beləliklə, son görüşə ehtiyac qalmayıb və rəqib 4:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.
Bürünc medal şansını qoruyan komandamız təsəlliverici görüşdə Estoniya millisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.
*** 13:46
Azərbaycanın gənclərdən ibarət cüdo millisi Çexiyanın paytaxtı Praqada təşkil olunan Avropa çempionatında ilk görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, qarışıq komanda təsnifat mərhələsində Avstriya kollektivi ilə qarşılaşıb.
Millinin heyətində Səbinə Əliyeva (57 kq) Verena Hideni, Vüsal Qələndərzadə (73 kq) İssa Nasçonu, Aytac Qardaşxanlı (70 kq) Laura Kallingeri, Elcan Hacıyev (90 kq) isə Aslan Papoyanı yenib. Beləliklə digər iki görüşə ehtiyac qalmayıb və cüdoçularımız 4:0 hesablı qələbə ilə növbəti mərhələyə adlayıb.
Komandamız 1/4 finalda Gürcüstan millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.
***
Çexiyanın paytaxtı Praqada təşkil olunan gənc cüdoçular arasında Avropa çempionatında bu gün qarışıq komanda yarışı baş tutacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığması mübarizəyə təsnifatdan başlayacaq. Burada rəqib Avstriya kollektivi olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Görüşün qalibi 1/4 finalda Gürcüstan millisi ilə qarşılaşacaq.
Komanda yarışında ümumilikdə 12 komanda iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.