Bu gün Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya çempionatına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, mundialın sonuncu - beşinci günündə qrup hərəkətləri komandaları arasında fərdi növlər üzrə finallar keçiriləcək.
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Kamilla Əliyeva, Darya Sorokina, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət Azərbaycan yığması finalda üç lent və iki topla çıxış edəcək.
Qeyd edək ki, daha əvvəl Zöhrə Ağamirova lentlə finalda beşinci, halqa ilə altıncı yeri tutub, çoxnövçülükdə isə 13-cü olub. Qrup hərəkətləri komandası isə çoxnövçülükdə 9-cu nəticə göstərib.