Dortmund "Borussiya"sının yarımmüdafiəçisi və kapitanı Marko Roys Almaniya çempionatının 7-ci turunun "Şalke" ilə oyununda (1:0) zədələnib.
Fanat.Az xəbər verir ki, görüşün 27-ci dəqiqəsində xəsarət alaraq meydanı xərəkdə tərk edən ulduz futbolçu uzun müddətə sıradan çıxa bilər.
Komandanın baş məşqçisi Edin Terziç 33 yaşlı yarımmüdafiəçi ilə bağlı həyəcan təbili çalıb. O, futbolçunun topuğundan zədə aldığını, nə vaxt sıraya dönəcəyinin hələ məlum olmadığını deyib. Terziç əlavə edib ki, ciddi zədə olarlsa, Marko Roys Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.
Mirağa