Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət kollektiv üç lent və iki topla hərəkətlərin finalında hakimlərdən 30.750 bal alaraq üçüncü yeri tutub.
Baş mükafata 33.300 balla Bolqarıstan komandası sahib çıxıb. İtaliya (31.450) isə ikinci olub.
Qeyd edək ki, bu, Azərbaycanın gimnastika tarixində qrup hərəkətləri komandasının dünya çempionatında qazandığı ilk mükafatdır.