"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Zirə"yə 7:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanı - Misli Premyer Liqasının VII turunun oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, 50 yaşlı çalışdırıcı belə danışıb:
"Futbolçularımı təbrik edirəm. Çox yaxşı performans göstərdilər. Vacib qalibiyyət idi. Hesabda irəli olsaq da, oyunçular dayanmırdılar. Rəşada və komandasına uğurlar arzulayıram.
Sıx qrafiklə oynayırıq. Bu səbəbdən təbii ki, müəyyən qədər əziyyət çəkirik. Musa Qurbanlı milli üçün hazırdırmı? Musa ilk olaraq "Qarabağ", daha sonra milli üçün hazır olmalıdır. Yığmanın öz idarəediciləri var. Bu barədə fikir bildirə bilmərəm".