"Real Madrid"in ulduzu Federiko Valverdenin həyat yoldaşı Mina Bonino "Atletiko Madrid" (2:1) ilə matçdan sonra həyat yoldaşının ilk hissədə geyindiyi formanın şəklini paylaşıb.
Fanat.Az xəbər verir ki, Valverdenin ilk yarıda əynində olan və fasilədə dəyişdiyi formanın qan ləkələri ilə dolu olduğu görünür.
Futbolçunun xanımı "Instagram"da paylaşdığı şəkilin üzərinə yarızarafat-yarıciddi bu sözləri yazıb: "Qardaş, müharibədən gəlmisən?"
Daha sonra o, həyat yoldaşı ilə fəxr etdiyini, təkcə qələbə qollarını vuranda deyil, həm də işləri pis gedəndə onun yanında olduğunu vurğulayıb.
Qeyd edək ki, ulduz futbolçu matçı davam etdirə bilmək üçün qan ləkələri olan köynəyini fasilədə dəyişdirməli olub. Valverde komandasının ikinci, həlledici qolunun müəllifi olub.
Mirağa