"Roma"nın müdafiəçisi Rik Karsdorp dizindən əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, 27 yaşlı müdafiəçiyə sağalmaq üçün azı 6 həftə vaxt lazım olacaq. Bir müddət əvvəl paytaxt klubunun Karsdorpla müqavilənin müddətini uzadacağı bildirilirdi.
Niderlandlı futbolçu bu mövsüm "Roma"nın heyətində bütün yarışlarda 5 oyun keçirib.
Mirağa