Oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatının püşkatmasında Azərbaycanın 7 cüdoçusu "səpələnmişlər" sırasında olacaq.
Fanat.Az xəbər verir ki, Kəramət Hüseynov (60 kq) Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) öz çəki dərəcələrində ilk "səkkizlik"də qərarlaşıblar.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan cüdoçularından həmçinin Yaşar Nəcəfov (66 kq), Zelim Kotsoyev (100 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) çıxış edəcək.