Azərbaycan milli komandası sabah növbəti rəsmi oyununa çıxacaq.
Komandamız Millətlər Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Slovakiya ilə qarşılaşacaq. Baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi yığma üç gün sonra Bakıda keçirəcəyi son matçda Qazaxıstanı qonaq edəcək. İtaliyalı mütəxəssisin bu oyunlar üçün dəvət etdiyi futbolçuların siyahısında "Qarabağ"ın üzvü Qara Qarayevin yer almaması futbol ictimaiyyətində xeyli müzakirəyə səbəb olub.
Fanat.Az xəbər verir ki, millinin üzvləri də baş məşqçinin qərarı ilə razılaşmayaraq, Qara Qarayevə açıq dəstək veriblər.
Konkret, "Dinamo Zaqreb"in hücumçusu Mahir Emreli və "Səbail"in qapıçısı Emil Balayev bu barədə sosial şəbəkə hesabında paylaşım ediblər.
Bundan başqa, "Neftçi"nin kapitanı Emin Mahmudov mətbuata açıqlamasında baş məşqçinin seçimi ilə razılaşmayaraq, Qaranın dayaq yarımmüdafiəçisi kimi Azərbaycanda "1 nömrə" olduğunu vurğulayıb.
Mirağa