İtaliyanın "Sampdoriya" klubu Qətərin kral ailəsinin üzvünə satılır.
Fanat.Az xəbər verir ki, bu barədə yerli ANSA məlumat yayıb.
Mənbənin iddiasına görə, Qətər şeyxlərindən olan Xalid Faleh Əl-Tani italyan kinoprodüseri Françesko Di Silvio və "Sampdoriya"nın veteran futbolçusu İvano Bonetti ilə birlikdə hazırda A seriyasında sonuncu yerdə olan Genuya klubunun bütün səhmlərini almağa çalışır. Di Silvio Əl-Taninin adından danışıq aparmaq üçün ondan etibarnamə aldığını təsdiqləyib.
"Sampdoriya"nın sahibi və prezidenti Massimo Ferrero 2021-ci ilin dekabrında maliyyə cinayətlərinə görə həbs olunduqdan sonra klub maliyyə problemi ilə üzləşib.
Mirağa