UEFA Rusiyanın, finalı 2024-cü ildə keçiriləcək Avropa çempionatında da iştirakına icazə verməyəcək.
Fanat.Az xəbər verir ki, bu iddia Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelkoya məxsusdur.
Funksionerin sözlərinə görə, Rusiya oktyabrın 9-da Frankfurtda keçiriləcək AÇ-2024-ün püşkatmasında iştirak etməyəcək. Buna görə də o, turnirin iştirakçıları arasında olmayacaq.
Hələlik UEFA-dan bu mövzu ilə bağlı rəsmi məlumat yoxdur.
Mirağa