Almaniya millisi UEFA Millətlər Liqasında qrup mərhələsinin Macarıstan və İngiltərə ilə oyunlarına itki ilə çıxacaq.
Fanat.Az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Manuel Noyer ilə Leon Qoretska koronavirusa yoluxublar.
Məlumatı Almaniya Futbol İttifaqının mətbuat xidməti yayıb.
Bu səhər testinin cavabı müsbət çıxan futbolçular yığmanın düşərgəsindən uzaqlaşdırılıblar. Onlar tezliklə milli üzvlərinin məskunlaşdığı oteldən göndəriləcəklər.
Futbolçuların çıxış etdiyi "Bayern Münhen"in üzvləri isə Noyer və Qoretska ilə ünsiyyətdə olduqları üçün koronavirus testindən keçəcəklər.
Qeyd edək ki, Almaniyanın Macarıstan seçməsi ilə matçı sentyabrın 23-ü, İngiltərə ilə görüşü isə sentyabrın 26-sı keçiriləcək.