Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, Bolqarıstan millisi 90+3-cü dəqiqədə penaltidən vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.
Millimiz qrup mərhələsində növbəti oyununu sentyabrın 24-də Türkiyə seçməsinə qarşı keçirəcək.