“Çelsi”nin kommersiya direktoru Damien Uilobi təyinatından bir ay sonra postunu tərk etməli olub.
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, maliyyə vasitəçisi Katalina Kim həmkarının davranışı ilə bağlı “Çelsi”nin biznesin inkişafı üzrə direktoru Tom Qlikə şikayət etdikdən sonra London klubu Uilobi ilə vidalaşmağı uyğun sayıb.
Belə ki, Uilobi hələ “Çelsi”də işə başlamazdan əvvəl Katalinaya xoşagəlməz mesajlar göndərib. O, Kimə “səmimi videolar” göndərərək, seks mövzusunu qabardıb. Katalina isə Uilobi klubun kommersiya direktoru təyin ediləndən sonra “Çelsi” rəhbərliyinə ona göndərilən mesajlar barədə məlumat verib.