Bu gün futbol üzrə Azərbaycan millsi UEFA Millətlər Liqasında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Slovakiya seçməsinin qonağı olub.
Slovakiya lider Qazaxıstana yaxınlaşmaq üçün Trnavada qələbə qazanmağı hədəfləsə də, təmsilçimiz uzun fasilədən sonra rəqib meydanında 3 xala sevinib. Bu zəfər sayəsində Azərbaycan turnir cədvəlində slovakları qabaqlayıb.
Qrupun digər oyununda Qazaxıstan öz meydanında Belarusla qarşılaşıb. 2:1 hesablı qələbə qazanan Qazaxlar B Liqasına vəsiqəni təmin edib.
UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
22 sentyabr
Slovakiya – Azərbaycan 1:2
Qollar: Erik Yirka, 90+3-pen. - Renat Dadaşov, 44. Höccət Haqverdi, 90+5
Slovakiya: 1. Marek Rodak, 5. Lübomir Şatka, 7. Kristian Vallo, 8. Laslo Beneş, 9. Robert Bojenik, 14. Milan Şkrinyar, 16. David Qantsko, 17. Martin Reqali, 18. Erik Yirka, 21. Matuş Bero, 22. Stanislav Lobotka
Ehtiyat oyunçular: 12. Frantişek Plax, 23. Dominik Takaç, 2. Peter Pekarik, 3. Vernon de Marko Morlakki, 4. Martin Valyent, 6. Miroslav Kaçer, 10. Adam Zrelyak, 11. Samuel Mraz, 13. Patrik Qroşovski, 15. Norbert Dyomber, 19. David Dyuriş, 20. Kristian Herts
Baş məşqçi: Françesko Kaltsona
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 5. Cəlal Hüseynov, 7. Anatoli Nuriyev, 10. Musa Qurbanlı, 13. Abbas Hüseynov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 22. Aleksey İsayev
Baş məşqçi: Canni De Byazi
Hakimlər: Uilyam Kollam, Devid Makgiçi, Frensis Konnor, Doland Robertson (hamısı Şotlandiya).
Xal durumu: Qazaxıstan – 13. Azərbaycan, 7. Slovakiya – 6. Belarus – 2.