1-2 oktyabrda Sloveniyada cüdo üzrə böyüklər arasında Avropa Kuboku yarışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi yarışda 18 (13 kişi, 5 qadın) cüdoçu ilə təmsil olunacaq.
Kişilər: Rəşad Yelkiyev, Kənan İsmayılov (hər ikisi 60 kq), Ruslan Paşayev, Tofiq Məmmədov, Sabir İsmayılov, Samir Piriyev (hamısı 66 kq), Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev, Adil Adilzadə (hər ikisi 81 kq), İbrahim Ağakişiyev (90 kq), Süleyman Yaqubov (100 kq), Camal Qamzatxanov (+100 kq).
Qadınlar: Ramilə Əliyeva (48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (hər ikisi 52 kq), Gülnarə Bayramova (57 kq), Aytəkin Paşazadə (78 kq).
Qeyd edək ki, turnirdə bu günədək 24 ölkədən 276 cüdoçu qeydiyyatdan keçib.