Fransanın baş məşqçisi Didye Deşam Olivye Jirunun 2022-ci il dünya çempionatı üçün milli komandaya qoşulma perspektivlərindən danışıb.
Fanat.Az xəbər verir ki, "Lequipe" 36 yaşlı forvardın Qətərə aparılacacağına zəmanət vermədiyini deyən təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb:
“Jiru məni inandırmaq üçün nə edə bilər? Məni inandırmağa ehtiyac yoxdur, o mənim nə düşündüyümü bilir. Statusuna görə heç də zəif hesab etmədiyim başqa oyunçular da var idi. İndi Olivyenin məqsədi yaxşı çıxış etmək üçün hər şeyi etməkdir. Digərləri kimi onu da güclü rəqabət gözləyir. Mən çətin bir seçim etməli olacağam".
Olivye Jiru bu mövsüm "Milan"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 9 oyunda 5 qol vurub.
Mirağa