Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü turunda “Qarabağ”a ilə keçirdikləri matçları (1:1, 1:3) xatırladıb.
Fanat.Az xəbər verir ki, "Sport Express" yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Avropa Liqasının qrupuna da düşmək lazımdır. Ölkə çempionu olaraq hələ Konfrans Liqasına vəsiqə qazanmamısınız. Çempionlar Liqasına düşmək üçün isə 8 oyun keçirməlisən. 8 oyun! Bir səhv zərbə, bir pis ötürmə, yalnış hakim fiti olsa, vəssalam, avrokuboklarla sağollaşırsan.
“Qarabağ”la ev oyununda da belə oldu, Təsadüf nəticəsində məğlub olduq. Yeri gəlmişkən, “Qarabağ” Çempionlar Liqasının son təsnifat mərhələsində “Viktoriya Plzen”dən daha yaxşı idi, amma bizimlə görüşdə cəsarətli olan “Qarabağ”ın qapıçısı həmin oyunda kobud səhvlə yadda qaldı. Azərbaycan komandası rəqibdən güclü oynayırdı, amma nə olsun? Çempionlar Liqasına düşə bilmədi. Çünki siz öz ölkələrinin çempionlarına qarşı 8 oyun keçirirsiniz".
Emin