Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatının ən reytinqli idmançılarının ilk "üçlüy"ündə yer alıb.
Fanat.Az xəbər verir ki, siyahı çəki dərəcələrindən asılı olmayaraq mundialın bütün iştirakçılarının reytinq göstəriciləri əsasında tərtib olunub.
Birinci yerdə moldovalı Denis Vieru (66 kq) ikinci sırada isə gürcüstanlı olimpiya, dünya və Avropa çempionu Laşa Şavdatuaşvili (73 kq) qərarlaşıb.
"Üçlüy"ü 90 kiloqram çəki dərəcəsində lider olan Mehdiyev qapayır.