Slovakiya yığmasının futbolçusu Erik Yirka evdə Azərbaycan millisinə 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci tur oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, komandasının yeganə qolunun müəllifi olan 25 yaşlı yarımmüdafiəçi ələ düşən fürsətlərdən istifadə edə bilmədiklərini deyib:
“Qol vurmağıma baxmayaraq, emosiyalar neqativdir. Çünki qalib gələ bilmədik. Bu isə xalsız qalmağımıza səbəb oldu. İkinci hissədə yaxşı oynadıq, çoxlu hücum etdik. Amma yetmədi”.
Qeyd edək ki, millimizin qollarını isə Renat Dadaşov ilə Höccət Haqverdi vurub.