Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayşən Abdüləzimovanın çıxış etdiyi Macarıstanın "Vaşaş" klubu Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.
Fanat.Az xəbər verir ki, Macarıstan çempionu bu mərhələdə Belçikanın "Gent" klubu ilə qarşılaşacaq.
"Vaşaş" ilk oyununu oktyabrın 19-da səfərdə keçirəcək. Cavab görüşü isə oktyabrın 26-da olacaq.