Cüdo üzrə Azərbaycan yığmasının əsas rəqiblərindən olan Gürcüstan millisinin oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, 8 gün davam edəcək mundialda ölkənin 11 idmançısı mübarizə aparacaq. Heyətdə olimpiya çempionları Laşa Şavdatuaşvili və Laşa Bekauri də yer alıb.
Kişilər: Luxumi Çxvmiani (60 kq), Vaja Marqvelaşvili (66 kq), Laşa Şavdatuaşvili (73 kq), Tato Qriqalaşvili (81 kq), Laşa Bekauri, Luka Maysuradze (hər ikisi 90 kq), İlia Sulamanidze, Varlam Liparteliani (hər ikisi 100 kq), Quram Tuşişvili (+100 kq).
Qadınlar: Eteri Liparteliani (57 kq), Sofio Somxişvili (+78 kq).
Qeyd edək ki, Azərbaycan mundialda 11 (9 kişi, 2 qadın) cüdoçu ilə təmsil olunacaq. Kişilərdən Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaq. Qadınlardan isə Leyla Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq) tatami üzərinə çıxacaq.
Dünya çempionatında fərdi yarışlar 6 - 12 oktyabrda, komanda yarışları isə 13 oktyabrda olacaq. Görüşlər Daşkənddə yerləşən “Humo Arena”da baş tutacaq