"Real Madrid"in hücumçusu Eden Hazar əvvəlki səviyyəsinə qayıacağını açıqlayıb. O, optimal formada olmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, "Cope" belçikalı futbolçunun dediklərini belə çatdırıb:
“Köhnə Eden Hazar oyun vaxtı alan kimi geri qayıdacaq. Sadəcə bunu sübut etmək üçün öz ritmimə qayıtmalıyam”.
2022/2023-cü illər mövsümündə Eden Hazar "Real Madrid"in heyətində 4 matçda cəmi 158 dəqiqə meydanda olub. 31 yaşlı hücumçu 1 qol vurub.