Bakıda təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Bakı Olimpiya Sstadionunda “Şamaxı” komandası ilə qarşılaşan yığma 2:3 hesabı ilə məğlub olub.
Millinin heyətində Samir Abdullayev və Camal Cəfərov fərqlənib. “Şamaxı”nın heyətində isə Adil Nağıyev, Bəhruz Teymurov və İbrahim Aslanlı qol vurub.
Qeyd edək ki, U-21 sentyabrın 27-də beynəlxalq yoxlama oyunu çərçivəsində moldovalı yaşıdları ilə qarşılaşacaq.