Futbol üzrə İspaniya millisi 19 ildən sonra ilk dəfə öz meydanında keçirdiyi rəsmi matçda uduzub.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın məğlubiyyətsiz oyunlar seriyası Millətlər Liqasının V turunda - İsveçrə ilə görüşdə başa çatıb.
Rəqibinə 1:2 hesabı ilə uduzan ispanlar 56-cı ev qarşılaşmasında yenilgiyə üzülüb.
Pireneylilər daha əvvəl 2003-cü ildə AVRO-2004-ün seçmə mərhələsində Yunanıstana doğma meydanda 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, İspaniya millisi sonuncu turda sentyabrın 27-də Portuqaliyanın qonağı olacaq.