Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev 6-12 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlaşan yığmanın məşq prosesini izləyib.
Fanat.Az xəbər verir ki, federasiya prezidentinə dünya çempionatına yollanacaq idmançıların hazırlıq prosesi ilə bağlı görülən işlər barədə məşqçilər heyəti tərəfindən məlumat verilib.
R.Nəbiyev idmançılara qarşıdakı yarışda uğurlar arzu edib və ölkəmizi layiqincə təmsil edəcəklərinə inandığını vurğulayıb.