PSJ-nin cinah müdafiəçisi Xuan Bernat karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Yuventus" 29 yaşlı ispaniyalının xidmətində maraqlıdır.
Mənbənin məlumatın görə, Bernat parislilərin start "11-liy"indəki yerini itirdiyi üçün PSJ-dən ayrılmaq perspektivinə müsbət yanaşır.
"Yuventus" Bernatdan başqa, "Tottenhem"dən Serxio Reqilon və "Benfika"dan Alexandro Qrimaldonun keçidini də nəzərdən keçirir.
Xatırladaq ki, Xuan Bernatın PSJ ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi hesablanıb. "Transfermarkt" onun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirib.
Mirağa