"Barselona"nın futbolçusu Ronald Arauxo Uruqvay millisinin İrana qarşı keçirdiyi yoxlama oyununda ciddi zədə alıb.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçinin sağ budunda sınıq aşkarlanıb.
Həkimlər əməliyyat olunmasını məsləhət görsələr də, futbolçu bundan imtina edib. Ronald DÇ-2022-də oynamaq üçün belə qərar verib. O, tezliklə sağalacağına və mundialda top qova biləcəyinə ümidlidir.
Qeyd edək ki, 2020-ci ildən Uruqvay millisinə dəvə alan Arauxo yığmada 12 oyuna çıxıb.