Fransa millisinin hücumçusu Antuan Qrizman UEFA Millətlər Liqası matçında Danimarka seçməsinə 0:2 hesablı məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, "L’Equipe" nəşri 31 yaşlı futbolçunun dediklərini belə çatdırır:
“Məşqçi komandada yeni oyunçular görmək istəyir, biz də həll yollarını tapmağa çalışırıq. Fransada bu dəyişikliklərin problemli olduğunu etiraf etmək fikrində deyillər. Biz duellərdə qalib gəlməliyik. Fransa irəlidə rəqibə uduzurdu. Bir neçə epizodu da qaçırdıq".
Emin