Qranit Сaka klubla "xüsusi bir şey" qazanana kimi "Arsenal"ı tərk etməyəcəyinə söz verib.
Fanat.Az xəbər verir ki, bu barədə o, "Arsenal News"a müsahibəsində danışıb:
“Mən burda uğur qazanmaq istəyirəm. Biz xüsusi bir şey əldə etmək istəyirik. Yalnız FA Kuboku və ya Liqa Kuboku yox. Titul qazanana kimi “Arsenal”ı tərk etməyəcəyəm”.
Emin