Taekvondo üzrə yeniyetmələrdən ibarət yığmaya baş məşqçi təyinatı gerçəkləşib.
Fanat.Az xəbər verir ki, yığma Rəşad Məmmədova həvalə edilib.
O, bu postda Elnur Amanovu əvəzləyib. Amanov isə fəaliyyətini Reza Mehmandustun rəhbərlik etdiyi kişilərdən ibarət millinin məşqçilər korpusunda davam etdirəcək. 45 yaşlı mütəxəssis komandada böyük məşqçi funksiyasını yerinə yetirəcək.
Vurğun Cəfərov isə yeniyetmələrdən ibarət yığmada əvvəl olduğu kimi, böyük məşqçi kimi çalışacaq.