Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytı oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatı ərəfəsində 81 kiloqram çəki dərəcəsindəki idmançıların imkanlarını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, məqalədə Azərbaycan millisinin üzvü Səid Mollayinin də adı vurğulanıb.
“Daşkənddə qələbəyə iddialılar siyahısında diqqəti cəlb edən iki nəfər var. Onlar azərbaycanlı Səid Mollayi və israilli Saqi Mukidir. Cüdoçuların ilk döyüşü bir neçə ay əvvəl Budapeştdə keçirilən "Böyük Dəbilqə" turnirində baş tutub. Bu iki namizəd əvvəllər dünya çempionu olub və onların bu dünya çempionatında mütləq göstərəcəkləri nəsə olacaq” deyə, - İJF qeyd edib.
81 kiloqram çəki dərəcəsinin əsas favoriti isə son dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı belçikalı Matias Kasse hesab olunur.